28/09/2014

"Sumqayıt" FK "Simurq" üzərində qələbə hesabını qoruya bilmədi


Simurq - Sumqayıt 3:2
28 sentyabr 2014. Saat 18:00. Zaqatala şəhər stadionu, 2000 tamaşaçı
Baş hakim: Ramil Diniyev
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Rəvan Həmzəzadə
Dördüncü hakim: Sərxan İsmayılov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Rəşad Eyyubov, 22 (Qeyri idman hərəkəti); Amil Ağacanov, 35 (Qeyri idman hərəkəti); Samir Zərgərov, 43 (Qeyri idman hərəkəti) // Ramazan Abbasov, 45 (Sistematik qayda pozuntusu); Orxan Əliyev, 47 (Qeyri idman hərəkəti)
Qollar: Adam Banaş, 61; İlkin Qırtımov, 74, Marko Stayonoviç, 76 // Məhəmməd Qurbanov, 36 (p.); Orxan Əliyev, 58
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Simurq”
35. Amil Ağacanov
2. İlkin Qırtımov (k)
3. Adam Banaş
6. Samir Zərgərov
(13. Əli Gökdemir, 46)
9. Lukas Tresnak
10. Rəşad Eyyubov
15. Stepan Polyak
(8. Patrik Osiako, 46)
18. Tural Axundov
(25. Oruc Balaşlı, 66)
20. İdan Vaytsman
26. Benjamin Lambot
88. Marko Stanoyeviç

Ehtiyat oyunçular:
1. Pavel Kapsa
5. Vadim Abdullayev
16. Məhərrəm Hüseynov
17. Rüstəm Məmmədov

Baş məşqçi: George Çixradze

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
9. Orxan Əliyev
(11. Kiyan Sultanpur, 64)
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
(86. Fərid Quliyev, 78)
17. Ramazan Abbasov
18. Aleksandr Çertoqanov
22. Tofiq Mikayılov
45. Murad Ağayev
(10. Tərzin Cahangirov, 72)

Ehtiyat oyunçular:
1. Andrey Popoviç
5. Cəmil Hacıyev
6. Tagim Novruzov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasının 7-ci turuna yekun vurulub. "Sumqayıt" Futbol Klubu səfərdə "Simurq"un qonağı olub. Qarşılaşmada 2:0 hesabı ilə öndə olan Aqil Məmmədovun komandası qələbə hesabını qoruya bilməyib və görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): "İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik. Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".

Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.