13/08/2011

Əvəzedicilər “Qəbələ” ilə qarşılaşıb


Əvəzedici komandalar arasında XX Azərbaycan çempionatında II turun oyunları keçirilib. "Sumqayıt Şəhər"in əvəzediciləri “Qəbələ” ilə keçirilmiş görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Vaqif Paşayev ("Sumqayıt Şəhər"in əvəzedicilərinin baş məşqçisi): “Məğlub olmağımıza baxmayaraq, komandanın oyunundan razı qaldım. Qarşılaşma ərzində kifayət qədər qol epizodu yaratsaq da, bundan istifadə edə bilmədik. Rəqib isə qapımız qarşısında yalnız bir qol epizodu yaratdı ki, bundan da maksimum yararlana bildi”.

Digər oyunların nəticələri:

"Sumqayıt Şəhər" 0:1 "Qəbələ"
(Alim Yunanov, 67)

"Bakı" 3:3 "Simurq"
(Tural Qürbətov, 20; 24; Raul Yaqubzadə, 90+2 // Dilqəm Əsgərov, 25; Rəşad Eyyubov, 51; Cavid Mirzəyev, 67)

"Qarabağ" 0:2 "İnter"
(Ramil Mansurov, 13; 28)

"Rəvan" 2:2 "Neftçi"
(Samir Mustafayev, 30; Orxan Lalayev, 90+2 // Malik Babayev, 7; 56)

AZAL 5:0 "Xəzər Lənkəran"
(Elmin Çobanov, 14; Elgün Abbaslı, 23; Orxan Səfiyaroğlu, 62 (p.); 65; Rasim Səfiyarov, 72)