25/09/2014

"Sumqayıt" FK "Simurq"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Simurq"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Komandamız bu gün "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Bir müddətdir zədəli olan qapıçımız Andrey Popoviç artıq tam sağalaraq kollektivə qoşulub. Yalnız ayağında zədəsi olan Şəhriyar Xəlilov fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Simurq" - "Sumqayıt" oyunun sentyabrın 28-də saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.