24/09/2014

18 futbolçumuz növbəti mərhələyə dəvət olunub


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılacağını elan edib. Artıq Bayıl Arenada seçim prosesinə də start verilib. "Sumqayıt" Futbol Klubunun akademiyasından 40 uşaq seçim turlarında iştirak edib. 18 futbolçumuz isə növbəti mərhələyə dəvət olunub.