21/09/2014

"Sumqayıt" AZAL-a minimal hesabla məğlub olub


Sumqayıt - AZAL 0:1
20 sentyabr 2014. Saat 17:00. “Kapital Bank Arena” stadionu. 1600 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Coşqun Həsənov
Dördüncü hakim: Nail Nağıyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 48 (Qeyri idman hərəkəti); Vurğun Hüseynov, 54 (qeyri idman hərəkəti); Slavik Alxasov, 89 (qeyri idman hərəkəti) // Şəhriyar Rəhimov, 51 (qeyri idman hərəkəti); Kərim Diniyev, 69 (qeyri idman hərəkəti); Freddi Mombonqo, 75 (qeyri idman hərəkəti); Oskar Klava, 82 (qeyri idman hərəkəti); Novruz Məmmədov, 85 (qeyri idman hərəkəti)
Qollar: Freddi Mombonqo, 24
Artırılan vaxt: I hissədə -yoxdur ; II hissədə 4 - dəq.

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov
7. Ruslan Poladov (k)
10. Tərzin Cahangirov
11. Kiyan Sultanpur
(22. Tofiq Mikayılov, 62)
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
(86. Fərid Quliyev, 75)
18. Aleksandr Çertoqanov
77. Təvəkkül Məmmədov
(9. Orxan Əliyev, 62)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
30. Tərlan Əhmədli
5. Cəmil Hacıyev
17. Ramazan Abbasov
45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov 

AZAL
1. Ruslan Məcidov
4. Laşa Kasradze
15. Oskars Klava
22. Eltun Yaqublu
(21. Novruz Məmmədov, 66)
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
6.Konseysao Eduardo
12. Luis Ramos
(17. Viktor İqbekoyi, 89)
11. Con Kordoba
(10. Tomi Kostadinov, 86)
20. Freddi Mombonqo
27. Rəşad Abdullayev (k)

Ehtiyat oyunçular:
16. Stanislav Namaşko
18. Orxan Lalayev
7. Təmkin Xəlilzadə
25. Adil Nağıyev

Baş məşqçi: Tərlan Əhmədov

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 6-cı turunda AZAL-a minimal hesabla məğlub olub.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Oyuna pis başladıq. AZAL görüşün əvvəlində qol vurmaq üçün irəli atıldı. Öz səhvimizdən qol buraxdıq. Amma ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Narazılığım yoxdur. Futbolçular var gücü ilə oynadılar. Sözsüz ki, çatışmazlıqlar oldu. Kiyan Sultanpur çox zəif oynadı, demək olar ki, meydançada yox idi. Ona görə də Kiyanı əvəzlədim. Şəhriyar Xəlilov dünən əvəzedi heyətdə çıxış edib. Bu səbəbdən heyətdə yox idi. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Qarabağ”a uduzduqdan sonra ruh düşkünlüyü vardı. Bununla yanaşı, komandamı oyuna kökləyə bildimsə, sevinirəm. İlk hissədəki 3 qol epizodundan yararlana bilsəydik, hesab tam başqa olardı. Biz hücumda top saxlaya, cinahlardan tam istifadə edə bilmirik. Tomi Kostadinov hələ tam hazır deyil. Ona görə də əsas heyətdə yer almamışdı. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. 3 xal bizim üçün çox vacib idi. Futbolçular komandaya 60-70 faiz adaptasiya olublar. Bu oyundan sonra gedəcəyimlə bağlı yayılan məlumatlara şərh verərkən deyim ki, bizim çantamız daim yanımızda olur. Məni dəvət edən rəhbərlik getməyimi istəsə, mən də gedərəm. Amma hələ ki, rəhbərlik mənə belə bir söz deməyib. Qarşıda “İnter”lə oyun var. Biz bu oyuna 3 xal üçün çıxacağıq”.