14/09/2014

"Sumqayıt" FK "Bakı" üzərində əzmkar qələbə qazandı


"Bakı" - "Sumqayıt" 1:2
14 sentyabr 2014. Saat 17:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 300 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Vüsal Qənbərov
Dördüncü hakim: Xəlil Hüseynli
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Əziz Quliyev, 22 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 43 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 36 (qeyri-idman hərəkəti); Məhəmməd Qurbanov, 66 (qeyri-idman hərəkəti)
Qollar: Nurlan Novruzov, 2 // Məhəmməd Qurbanov, 56; Kiyan Sultanpur, 79
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Bakı”
1. Aqil Məmmədov (k)
3. Yure Travner
7. Nuran Qurbanov
(16. Rövşən Əmiraslanov, 63)
8. Lukas Mario Horvat
10. Nurlan Novruzov
11. Tural Qürbətov
(9. Raul Yaqubzadə, 83)
18. Əziz Quliyev
19. Elton Hüseynov
21. Elşad Manafov
22. Risto Ristoviç
(56. Qeyrət Əliyev, 74)
37. Mikayıl Rəhimov

Ehtiyat oyunçular:
25. Elməddin Məmmədo
4. Ülvi Süleymanov
15. Azad Kərimov
20. Valeh Seyidov

Baş məşqçi: İbrahim Uzunca

“Sumqayıt”
63. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
(22. Tofiq Mikayılov, 59)
7. Ruslan Poladov (k)
10. Tərzin Cahangirov
11. Kiyan Sultanpur
(45. Murad Ağayev, 86)
14. Məhəmməd Qurbanov
15. Nodar Məmmədov
17. Ramazan Abbasov
(9. Orxan Əliyev, 54)
18. Aleksandr Çertoqanov
77. Təvəkkül Məmmədov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
30. Tərlan Əhmədli
5. Cəmil Həsənov
8. Ceyhun Cavadov

Baş məşqçi: Aqil Məmmədov

Topaz Premyer Liqasında 5-ci tura yekun vurulub. "Sumqayıt" Futbol Klubu səfərədə "Bakı" üzərində əzmkar qələbə qazanaraq yenidən liderliyə yüksəlib. Komandamızdan qolları Məhəmməd Qurbanov və Kiyan Sultanpur vurub.

Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Bilirdik ki, çox çətin olacaq. Döyüşən komandaya qarşı oynadıq. İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımi nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun vəziyyəti ciddi deyil. Yaxın günlərdə komandaya qoşulacaq”.

İbrahim Uzunca, “Bakı” klubunun baş məşqçisi: “Oyun istədiyimiz kimi gedirdi. Erkən qol bizi irəli atdı. Məşq etməməyimiz oyunun gedişində özünü göstərdi. İki səhvdən sonra qollar buraxdıq və uduzduq. Mən uşaqlardan razıyam, qarşıdakı oyunlarda xal, eyni zamanda qələbə də qazanacağıq. Ən qısa zamanda maddi durumun düzələcəyinə inanıram. Biz mübarizə aparan bir komandayıq, amma problemlər də sözünü deyir. İstənilən halda, “Bakı”nın adını qoruyub-saxlamaq üçün çalışırıq. Çatışmazlıqların üzərində çalışmalıyıq”.