12/09/2014

Fərid Quliyev "Sumqayıt" FK ilə 1 illik müqavilə imzalayıb


Topaz Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev komandamızla 1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu "Sumqayıt" FK-da 86 nömrəli formanı geyinəcək.