12/09/2014

"Sumqayıt" FK "Bakı" ilə oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının növbəti turunda "Bakı"nın qonağı olacaq "Sumqayıt" Futbol Klubu hazırlğını davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçir. Müdafiəçimiz Şəhriyar Xəlilov komandanın son məşqində zədə alıb. U-21-in heyətində olan 6 futbolçumuz da artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sentyabrın 14-də saat 17:30-da "Bakı" FK-nun təlim-məşq bazasında baş tutacaq. Oyunun baş hakimi Vüsal Əliyev olacaq.