08/09/2014

"Sumqayıt" FK U-17 yoxlama oyununda "Neftçi"yə qalib gəlib


Texniki direktor Frank Bernhardtın rəhbərliyi ilə "Sumqayıt" Futbol Klubunun akademiyası yeni mövsümə hazırlıq məqsədi ilə yoxlama oyunları keçirməkdədir.

Bu gün 17 yaşadək futbolçulardan ibarət komandamız "Kapital Bank Arena"da "Neftçi" ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş komandamızın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan qolları Murad Ağakişiyev (2), Samir Mehdizadə, Racif Kərimli və Şəhriyar Haqverdiyev vurub.

U-16 komandamız isə "Rəvan"la heç-heçə edib. Asif Məmmədov və Sahib İbrahimov fərqlənib.