08/09/2014

Əvəzedicilərimiz "Qarabağ"ı məğlubiyyətə uğradıb


Milli komandaların oyunlarını ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda "Kapital Bank Arena"da "Qarabağ"la üz-üzə gəlib və komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Rəşid Ağazadə və Elçin Qasımzadə vurub.