05/11/2011

“Sumqayıt Şəhər” Ağdamda “Qarabağ”ı məğlub etdi


"Qarabağ" – "Sumqayıt Şəhər"1:2

05 noyabr 2011. Saat 14:00. Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. 4000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Knyaz Əmiraslanov
Dördüncu hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Qurban Məmmədov
Sarı vərəqələr: Leonardo Roşa, 68 (hakimin qərarına etiraz etdiyinə görə); Ansi Aqolli, 90+2 (rəqibə badalaq vurduğuna görə) // Emin Mustafayev, 29 (simulyasiya); Samir Abasov, 41 (rəqibi əllə tutduğuna görə)
Qol: Leonardo Roşa, 90+1 // Kamil Nurəhmədov, 20; Murad Səttarlı, 72
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Qarabağ”
1. Fərhad Vəliyev (k)
2. Qara Qarayev
7. Namiq Yusifov
11. Rauf Əliyev
(6. Rəşad Sadiqov, 46)
17. Vüqar Nadirov
18. İlqar Qurbanov
(9. Bəxtiyar Soltanov, 70)
24. Admir Teli
22. Əfran İsmayılov
25. Ansi Aqolli
77. Georgi Adamiya
(20. Nderim Nedzipi, 76)
88. Leonardo Roşa

Ehtiyat oyunçular:

99. Boyan Pavloviç
4. Zaur Həşimov
23. Tural İsgəndərov

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt Şəhər”

55. Andrey Popoviç
4. Samir Abasov (k)
(2. Slavik Alxasov, 86)
20. Timur İsrafilov
22. Ruslan Tağızadə
16. Hacı Əhmədov
52. Bədavi Hüseynov
47. Abdulla Abatsiyev
8. Emin Mustafayev
(21. Murad Səttarlı, 59)
19. Orxan Əliyev
90. Eldar Məmmədov
(27. Ramil Həşimzadə, 70)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular:
1. Emil Balayev
70. Şamil Camaləddinov
95. Ruslan Nəsirli
7. Mahmud Qurbanov

Baş məşqçi: Bernhard Raab


“Sumqayıt Şəhər” Unibank Premyer Liqasının XII turu çərçivəsində Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ”ın qonağı idi.


Fasiləyə qələbə ilə yollandıq
XX Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv” üzərində qələbə qazandıqdan sonra (1:0) AZAL doğma arenadan əliboş yola salan (2:1) “Sumqayıt Şəhər” “Qarabağ”la oyuna sürətli başladı.
İlk dəqiqələrdən rəqibə inamlı müqavimət göstərən komandamız ilk 15 dəqiqə ərzində meydan sahiblərinə real qol imkanı yaratmağa imkan vermədi.
Oyunda ilk rel qol vəziyyəti 16-cı dəqiqədə yaşandı. Leonardo Roşanın qüvvətli zərbəsindən sonra top qapıdan azca aralı keçdi.
Qarşılaşmanın 20-ci dəqiqəsində “Sumqayıt Şəhər” hesabı açdı. Sol cinahdan Orxan Əliyevin ötürməsindən sonra Kamil Nurəhmədov bir toxunuşla topu tora qovuşdurdu və komandasının fasiləyə üstünlüklə yollanmasına şərait yaratdı.

Hərəyə bir qol və qələbə
Hesabda geri olan “Qarabağ” ikinci hissəyə daha sürətli başladı. Rəşad Sadiqovun meydana daxil olması ilə meydanın mərkəzini ələ keçirən Ağdam təmsilçisi 55-ci dəqiqədə hesabı bərabərləşdirmək üçün real imkan qazandı.
Əfran İsmayılovun cinah ötürməsindən sonra Roşa topu başla qapıya göndərsə də, zərbəsində dəqiqlik çatmadı.
Qarşılaşmanın 68-ci dəqiqəsində “Qarabağ” növbəti dəfə qol vurmağa yaxın oldu. Lakin bu dəfə Georgi Adamiyanın təxminən 20 metrlik məsafədən qapıya göndərdiyi top dirəyə tuş gəldi.
Görüşün 72-ci dəqiqəsində rəqibi əks-hücumda yaxalayan Bernhard Raabın komandası hesabı artırdı. Ruslan Tağızadənin cinah ötürməsindən sonra Murad Səttarlı başla gözəl qola imza atdı.
Bu epizoddan sonra “Qarabağ” iki dəfə fərqi azaltmağa yaxın oldu. Əvvəlcə Adamiyanın zərbəsini Popoviç zərərsizləşdirdi. Daha sonra qolkiperimiz Roşanın qüvvətli zərbəsindən sonra topu gözəl reaksiya ilə dəf etməyi bacardı.
90+1 dəqiqədə meydan sahibləri vurulan qollardan birinin əvəzini çıxdı. Meydanın mərkəzində Admir Telidən ötürmə alan Roşa bir toxunuşla topu qapıdan keçirərək oyunun hesabını rəsmiləşdirdi.
Bu oyunda da qələbə qazanan “Suçmqayıt Şəhər” xallarının sayını 9-a çatdırdı.

Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Burada autsayder kimi oynayacağımızı bilirdik. Buna baxmayaraq, 90 dəqiqə mübarizə aparmaq istəyirdik. İlk hissədə komandamız çox yaxşı təsir bağışladılar. İkinci hissədə bir az da bəxtimiz gətirdi. “Qarabağ”ın hücumlarından birində top dirəyə dəydi. “Qarabağ” çox güclü komandadır. Vurduqları qol da çox gözəl idi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Rəqibimiz çox yaxşı müdafiə olundu. Biz “Sumqayıt Şəhər”i autsayder kimi görmürdük. Hər oyunda rəqiblərinə qarşı güclü müqavimət göstərirlər. Bizim də arxa xəttə boşluqlarımız oldu. Rəşad Sadıqov və Maksim Medvedevin oynamaması nəticəsində balans bir az pozuldu. “Sumqayıt Şəhər”in qapıçısı həmişə olduğu kimi yenə də gözəl oynadı. Qapıya yol tapmaq çətin idi. İstərdim ki, oyuna gəlmiş bu qədər azarkeşi sevinclə yola salaq. Qələbə münasibətilə rəqibimizi təbrik edirəm və gələcək oyunlarında uğurlar arzulayıram”.