04/11/2011

Əvəzedicilər qələbə qazanıb


Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XII tura yekun vurulub. “Sumqayıt Şəhər” səfərdə “Qarabağ” üzərində 3:2 hesablı qələbə qazanıb. Komandamızdan qolları Samir Yusifov və Əbülfət Abbasov vurub. Rəqibin futbolçusu Ayaz Mehdiyev isə avtoqola imza atıb.

"Qarabağ" 2:3 "Sumqayıt Şəhər"
(Kamil Xanıyev, 43; 73 // Samir Yusifov, 5; Ayaz Mehdiyev, 38 (avtoqol); Əbülfət Abbadov, 61)

Vaqif Paşayev (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Oyuna yaxşı başladıq. Bunun məntiqi nəticəsi kimi erkən qol vurmaq istəyimiz baş tutdu. Daha sonra hesabı artırsaq da, fasiləyə kimi “Qarabağ” vurulan qollardan birinin əvəzini çıxdı. Buna baxmayaraq, komandam ikinci hissədə də əzmkar oyun nümayiş etdirib layiq olduğu qələbəni qazandı”.