03/11/2011

“Sumqayıt Şəhər” “Qarabağ”la oyuna hazırlaşır


Unibank Premyer Liqasının XII turu çərçivəsində, noyabrın 5-də Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ”ın qonağı olacaq “Sumqayıt Şəhər” hazırlığını davam etdirir. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son məşqinə çıxan və Mingəçevir şəhərində məskunlaşacaq komandamız sabah yola düşəcək.

U-17-nin heyətində Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edən 3 futbolçumuz – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov komanda ilə birgə məşqlərə başlayıb. Zədəsini sağaltmış Aleksandr Qross isə Bernhard Raabın sərəncamındadır. “Turan”la oyun öncəsi zədələnən qapıçı Sahil Kərimovun müalicəsi davam etdiyindən, qolkiper Ağdama aparılmayacaq. Zədəli futbolçular – Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da “Qarabağ”la görüşdə iştirak edə bilməyəcək.