02/11/2011

Maliyyə Fair Play mövzusunda seminar


UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso və Klub Lisenziyası şöbəsinin nəzarət meneceri Pablo Rodriqez Bakıda səfərdədirlər. AFFA-nın baş katibi, Lisenziylaşdırma qrupunun rəhbəri Elxan Məmmədovla UEFA rəsmilərinin görüşündə ölkəmizdə lisenziyalaşma prosesi ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Bu gün AFFA-nın inzibati binasında A.Traverso və P.Roriqezin iştirakı ilə Unibank Premyer Liqasında çıxış edən klubların nümayəndələri üçün lisenziyalaşdırma və Maliyyə Fair Play-i mövzularına həsr olunmuş seminar keçirilib.

Seminarda “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun prezidenti Kamran Quliyev və Lisenziyalaşdırma üzrə menecer Rəşad Əzizov iştirak edib.