01/08/2014

"Sumqayıt" FK "Ağsu" ilə yoxlama oyunu keçirəcək


Türkiyə toplanışını başa vurub vətənə qayıdan "Sumqayıt" Futbol Klubu Sumqayıtda hazırlıqlara start verib. Komandamız gündə bir dəfə olmaqla məşqlərə başlayıb. Avqustun 10-da 2014/2015 mövsümünün ilk oyununda "Qarabağ"la qarşılaşacaq Aqil Məmmədovun komandası sabah "Ağsu" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıtda keçiriləcək.