28/07/2014

"Sumqayıt" FK Türkiyənin Kartepe bölgəsində son məşqinə çıxdı və sabah vətənə qayıdır


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsindəki təlim-məşq toplanışını başa vurub. Qonşu ölkədə bu gün son məşqini keçirmiş komandamız sabah səhər saatlarında vətənə qayıdacaq. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda 2 günlük istirahət etdikdən sonra iyulun 31-dən etibarən ilk turda "Qarabağ"la qarşılaşma üçün Sumqayıtda məşqlərə başlayacaq.

Xatırladaq ki, "Sumqayıt" FK Türkiyədə 5 yoxlama oyunu keçirdi. Komandamız "Perspolis" (2:3), "Bunyodkor" (1:0), Batumi "Dinamo"su (2:2), "Altın Asır" (2:2) və "Balkan"la (1:1) hazırlıq oyununda qüvvəsini sınayıb.