27/07/2014

"Sumqayıt" FK sonuncu yoxlama matçında "Balkan"la heç-heçə edib


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün sonuncu yoxlama oyununu keçirib. Komandamız əvvəllər "Nebitçi" kimi tanınan indi isə "Balkan" FK adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Sumqayıt" FK-dan yeganə qolu Məhəmməd Qurbanov vurub.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).