25/07/2014

"Sumqayıt" FK növbəti yoxlama oyununu "Altın Asır"a qarşı keçirib


Topaz Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Türkmənistan təmsilçisi "Altın Asır"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandamızdan qolları Məhəmməd Qurbanov (2) və Tərzin Cahangirov vurub.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb.

"Sumqayıt" - "Altın Asır" 3:3

"Sumqayıt" FK-nun start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.