24/07/2014

"Sumqayıt" FK 1 günlük istirahətdən sonra məşqlərə davam edir


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu 1 günlük istirahətin ardından Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirməkdədir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır. Heyətdə zədəli futbolçu yer almır. "Sumqayıt" FK sabah növbəti yoxlama oyununa çıxacaq. Komandamız Türkmənistan klubu "Altın Asır"la üz-üzə gələcək. Qarşılaşmanın başlama saatı barəsində saytımızda məlumat verəcəyik.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb.