23/07/2014

"Sumqayıt" FK Batumi "Dinamo"su ilə heç-heçə edib


Topaz Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Batumi "Dinamo"su ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Hücumçumuz Məhəmməd Qurbanov bu qarşılaşmada dubl edib.
Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib.

"Sumqayıt" - "Dinamo" 2:2
Qol:
Məhəmməd Qurbanov (2)

"Sumqayıt" FK-nun start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.