31/10/2011

“Sumqayıt Şəhər”in üzvü turun oyunçusu seçilib


“Space” kanalında efirə gedən “Qol” verilişi Unibank Liqasında XI turun ən yaxşı futbolçusu kimi “Sumqayıt Şəhər”in üzvü Samir Abdulovu seçib.

Qeyd edək ki, komandamızın forvardı AZAL-la görüşdə hesabı açıb və vurulan ikinci qolun ötürməsini edib.