22/07/2014

"Sumqayıt" FK sabah Batumi "Dinamo"su ilə qarşılaşacaq


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır. Heyətdə zədəli futbolçu yoxdur. "Sumqayıt" FK sabah növbəti yoxlama oyununa çıxacaq. Komandamız Batumi "Dinamo"su ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib.