20/07/2014

"Sumqayıt" FK yoxlama oyununda "Bunyodkor"a qalib gəlib


Topaz Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə növbəti yoxlama oyununu keçirib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Özbəkistan çempionu "Bunyodkor" üzərində minimal hesablı qələbə qazanıb. Komandamızdan yeganə qolu Məhəmməd Qurbanov vurub. Oyunun gedişində Özbəkistan klubu penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Sumqayıt" FK bundan qabaq İranın "Perspolis" klubu ilə qarşılaşmışdı (2:3).

"Sumqayıt" - "Bunyodkor" 1:0
Qol:
Məhəmməd Qurbanov

"Sumqayıt" FK-nun start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Ramazan Abassov, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.