31/10/2011

Samir Abdulov zədələnib


AZAL üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” itki ilə üzləşib. Bu qarşılaşmada ilk qolun müəllifi olan Samir Abdulovun qabırğası sınıb. Adıçəkilən futbolçu klubun rəsmi saytına açıqlama verib: “İlk öncə, ilk qələbəyə görə bütün komandanı təbrik edirəm. Qazanılan üç xalda hamının əməyi var. Təəssüf ki, AZAL-la qarşılaşmada zədə aldım. Rəqiblə mübarizədən sonra qabırğamda ağrı hiss etdim. Oyundan sonra məlum oldu ki, həmin hissədə sınıq var. Həkimlərin sözlərinə görə, ən azı 1 ay məşq edə bilməyəcəyəm”.

Qeyd edək ki, Samir Abdulovdan başqa, Rəşad Kərimov, Eşqin Quliyev və Orxan Həsənov da zədə səbəbindən “Sumqayıt Şəhər”ə kömək edə bilmir.