19/07/2014

"Sumqayıt" FK Kartepede hazırlaşır, növbəti rəqib "Bunyodkor" olacaq


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır. heyətdə zədəli futbolçu yoxdur. Bərpa prosesini tamamlamaqda olan gənc futbolçu Fərid Kərimzadə də artıq komanda ilə birlikdə məşq edir. "Sumqayıt" FK sabah növbəti yoxlama oyununa çıxacaq. Komandamız əvvəlcədən xəbər verdiyimiz kimi "Bunyodkor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuşdu.