17/07/2014

Aqil Məmmədov və Ceyhun Sultanov Ali Daei ilə fikir mübadiləsi aparıb


"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Aqil Məmmədov və komandanın Baş meneceri Ceyhun Sultanov "Perspolis"lə yoxlama oyunundan əvvəl rəqibin baş məşqçisi əslən azərbaycanlı olan Ali Daei ilə görüşüb. Qarşılaşmadan əvvəl tərəflər arasında fikir mübadiləsi aparılıb. Azərbaycanlılardan qurulmuş gənc komandanın formalaşdırılmasını alqışlayan 45 yaşlı mütəxəssis komandamıza gələn ay start götürəcək milli çempionat oyunlarında uğurlar arzulayıb.