17/07/2014

"Sumqayıt" FK "Perspolis"lə yoxlama oyununda üz-üzə gəlib


Topaz Premyer Liqasının 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyədə ilk yoxlama oyununu keçirib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda İran təmsilçisi "Perspolis"lə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 2:3 hesabı ilə məğlub olub. "Sumqayıt" FK-dan qolları Tofiq Mikayılov və Məhəmməd Qurbanov vurub.