16/07/2014

"Sumqayıt" FK Kartepede ilk məşqinə çıxdı


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində ilk məşqinə çıxıb. Havanın dumanlı və yağmurlu olmasına baxmayaraq, komandamız var qüvvəsi ilə çalışıb. Bərpa prosesi keçən gənc futbolçumuz Fərid Kərimzadə fərdi məşqlərlə kifayətlənib. Komandamız axşam növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, "Sumqayıt" FK sabah İranın "Prspolis" klubu ilə yoxlama oyunu keçirəcək.