16/07/2014

"Sumqayıt" FK Türkiyəyə çatıb


Topaz Premyer Liqasında 2014/2015 mövsümü üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yola düşüb. Komandamız artıq Kartepe bölgəsinə çatıb. Xatırladaq ki, "Green Park Resort Kartepe" otelində məşkunlaşan komandamız iyulun 29 vətənə qayıdacaq. "Sumqayıt" FK Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun komandası iyulun 17-də İranın "İstiqlal Əhvaz" klubu ilə qarşılaşmalı idi. Lakin komandamız həmin tarixdə adıçəkilən klubla yox, "Perspolis"lə üz-üzə gələcək. Bundan başqa, "Sumqayıt" FK iyulun 20-də Özbəkistan çempionu "Bunyodkor", 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. Sonuncu rəqib barəsində saytımızda məlumat yerləşdirəcəyik.