13/07/2014

"Sumqayıt" FK yoxlama oyununda "Rəvan"a qalib gəlib


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu ilkin mərhələ üçün son yoxlama oyununu keçirib. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda "Rəvan"la üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. "Sumqayıt" FK-dan qolları Vurğun Hüseynov və Məhəmməd Qurbanov vurub.

Xatırladaq ki, "Sumqayıt" FK iyulun 15-dən 29-dən təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək.