09/07/2014

Kamil Nurəhmədov "Sumqayıt" FK ilə 2 illik müqavilə imzalayıb


Premyer Liqada 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. Son olaraq "Rəvan"da çıxış etmiş Kamil Nurəhmədov komandamızla 2 illik müqavilə imzalayıb. 23 yaşlı futbolçu "Sumqayıt" FK-da 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2011/2012 mövsümündə "Sumqayıt" FK-da çıxış etmiş Kamil Nurəhmədov həmin mövsüm komandamızda ən çox oyun keçirmiş futbolçu olub. O, 32 turun hamısında meydanda olub. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla 2-ci ən sərrast futbolçu olub.