09/07/2014

"Sumqayıt" FK-nun Türkiyədəki daha 2 rəqibi məlum olub


Xəbər verdiyimiz kimi Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək. Qonşu ölkədə 5 yoxlama oyunu keçirəcək Aqil Məmmədovun komandasının daha iki rəqibi müəyyənləşib. Belə ki, komandamız iyulun 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq.

Xatırladaq ki, komandamız iyulun 17-də İranın "İstiqlal Əhvaz", 20-də isə Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək.