30/10/2011

“Sumqayıt Şəhər” ilk qələbəsini qazandı


"Sumqayıt Şəhər" – AZAL 2:1
30 oktyabr 2011. Saat 14:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, İsgəndər Əliyev
Dördüncu hakim: Alik Yunusov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Ruslan Tağızadə, 85 (oyunun bərpasını gecikdirdiyinə görə); Andrey Popoviç, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə) // Tales Şütz, 12 (düşünmədən rəqibə əllə zərbə); Ervin Bulku, 16 (düzgün yerinə yetirilməyən sürüşmə fəndi); Zohair Benouahi, 58 (simulyasiya)
Qollar: Samir Abdulov, 5; Eldar Məmmədov, 33 // Tales Şütz, 70
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt Şəhər”
55. Andrey Popoviç
4. Samir Abasov (k)
8. Emin Mustafayev
(27. Ramil Həşimzadə, 77)
11. Kamil Nurəhmədov
16. Hacı Əhmədov
20. Timur İsrafilov
22. Ruslan Tağızadə
47. Abdulla Abatsiyev
50. Samir Abdulov
(21. Murad Səttarlı, 65)
52. Bədavi Hüseynov
90. Eldar Məmmədov
(2. Slavik Alxasov, 72)

Ehtiyat oyunçular:
12. Sahil Kərimov
5. Ramil Nuriyev
17. Aqil Məmmədov
77. Samir Yusifov

Baş məşqçi: Bernhard Raab

AZAL
12. Cahangir Həsənzadə
3. Usim Nduka
5. Aqil Nəbiyev (k)
10. Nuqzar Kvirtiya
19. Hüseyn Axundov
17. Viktor İqbekoyi
88. Ervin Bulku
7. Tərlan Xəlilov
(2. Robert Petrov, 69)
8. Elşən Məmmədov
(15. Georgi Bogihu, 69)
11. Zohair Benouahi
(20. Mansur Limani, 59)
23. Tales Şütz

Ehtiyat oyunçular:
1. Amil Ağacanov
25. Ruis Kristian
9. Vüsal Qarayev
6. Mindauqas Daunoraviçius

Baş məşqçi: Elxan Abdullayev

Fasiləyə qələbə ilə yollandıq
Unibank Premyer Liqasının XI turu çərçivəsində “Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edirdi.

Oyuna hücumlarla başlayan komandamız debütdəcə hesabı açdı. Sağ cinahdan Kamil Nurəhmədovun ötürməsini qəbul edən Samir Abdulov bir toxunuşla topu tora qovuşdurdu. Qoldan dərhal sonra “Sumqayıt Şəhər” növbəti dəfə fərqlənməyə yaxın oldu. Ruslan Tağızadənin təxminən 25 metrlik məsafədən qapıya vurduğu top tirə tuş gəldi.
Qarşılaşmanın 33-cü dəqiqəsində “Sumqayıt Şəhər” hesabı artırdı. İlk qolun müəllifi Samir Abdulovun qapı qarşısına ötürməsindən sonra Kamil Nurəhmədov topa toxuna bilməsə də, arxada rəqib müdafiəçilərin gözündən yayınan Eldar Məmmədov qüvvətli zərbə ilə toru silkələdi.
İlk hissənin sonlarına yaxın AZAL fərqi azaltmağa yaxın oldu. Viktor İbekoyinin zərbəsindən sonra Andriy Popoviç topu gözəl reaksiya ilə dəf etdi.

İnamlı müdafiə və ilk qələbə
Hesabda geri olan AZAL ikinci hissəyə daha sürətli başladı. Lakin bu dəqiqələrdə “Sumqayıt Şəhər”in müdafiə xətti inamlı oyunu ilə seçilirdi.
Qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar hesab arasındakı fərqi azaltdı. Künc zərbəsindən başlanılan hücumdan sonra Tales Şütz başla topu qapıdan keçirdi. Hücumlarını davam etdirən AZAL oyunun 73-cü dəqiqəsində hesabı bərabərləşdirməyə yaxın oldu. Əvvəlcə qolun müəllifi Tales Şützun zərbəsini Popoviç gözəl reaksiya ilə dəf etdi. Bir qədər sonra qolkiperimiz Georgi Bogihunun sevinməsinə mane oldu. Oyunun sonlarına yaxın Kamil Nurəhmədov fərqlənsə də, hakim adıçəkilən futbolçunun oyundan kənar vəziyyətdə olması səbəbindən qolu hesaba almadı. Bununlada “Sumqayıt Şəhər” Unibank Premyer Liqasında ilk qələbəsini qazandı.

Elxan Abdullayev (AZAL klubunun baş məşqçisi):
“AZAL bu gün çox zəif oynadı. Özüm də komandamın oyunundan utandım. “Sumqayıt Şəhər”i ilk qələbə münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu, onların son qələbəsi olmaz”.

Bernhard Raab (“Sumqayıt Şəhər”in klubunun baş məşqçisi):
“Bu qələbəni çoxdan gözləyirdik. Əldə etdiyimiz üç xal və qələbəyə görə oyunçularıma təşəkkür edirəm. Çox sevinirik. AZAL yaxşı komandadır. Oyun gərgin keçdi, amma hər şey bizim üçün yaxşı bitdi”.