05/07/2014

"Sumqayıt" FK "Neftçala" ilə qarşılaşıb


Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Aqil Məmmədovun komandası doğma meydanda 1-ci liqa təmsilçisi "Neftçala"nı 5:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Tofiq Mikayılov (2), Məhəmməd Qurbanov (2) və Bəxtiyar Həsənalızadə vurub.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 12-də "Rəvan"a qarşı keçirəcək.