01/07/2014

"Sumqayıt" FK "Bunyodkor"la yoxlama oyunu keçirəcək


Premyer Liqanın 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışına yığışacaq. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 15-i hazırlıq mərhələsinin 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 29-dək Kartepe bölgəsində yerləşən "Green Park Resort Kartepe" Hotelində məskunlaşacaq komandamız qonşu ölkədə 5 yoxlama matçı keçirəcək. Artıq "Sumqayıt" FK-nun 2 sparrinq rəqibi də müəyyənləşib. Belə ki, komandamız iyulun 17-də İranın "İstiqlal Əhvaz", 20-də isə Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək. Digər 3 yoxlama oyunu haqqında saytımızda məlumat verəcəyik.