27/06/2014

"Sumqayıt" FK "Neftçala" və "Rəvan"la qarşılaşacaq


Premyer Liqanın 2014/2015 mövsümü üçün hazırlıqlara start verən "Sumqayıt" Futbol Klubu baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında gündə 1 dəfə olmaqla məşqlərini davam etdirir. Bu həftə ərzində cəmi bir məşqlə kifayətlənən komandamız növbəti həftədən hazırlıq prosesini bir qədər də intensivləşdirəcək. "Sumqayıt" FK hazırlığın 1-ci mərhələsi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Komandamiz iyulun 5-də Sumqayıtda "Neftçala", 12-də isə Bayıl Arenada "Rəvan"la yoxlama matçında üz-üzə gələcək.

"Sumqayıt" FK hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirəcək. Hazırlıq mərhələsinin proqramı yaxın günlərdə saytımızda dərc olunacaq.