21/06/2014

"Sumqayıt" FK Təvəkkül Məmmədovla müqavilə imzalayıb


Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. "Kuban" klubunun yetirməsi olan, son olaraq Armavir "Torpedo"sunda çıxış edən Təvəkkül Sahib oğlu Məmmədov komandamızla 2 illik müqavilə imzalayıb. 1992-ci ildə anadan olmuş Təvəkkül cinah yarımmüdafiəçisidir. O, son mövsüm "Torpedo"nun heyətində 25 qarşılaşmada meydana çıxıb və 4 qol vurub.