19/06/2014

İlham Yadullayev "Sumqayıt" FK-da çalışacaq


2014/2015 mövsümüə hazırlaşan "Sumqayıt" Futbol Klubunda növbəti təyinat reallaşıb. Belə ki, Azərbaycan millisinin sabiq müdafiəçisi İlham Yadullayev əsas komandada Aqil Məmmədovun köməkçisi təyin olunub. 38 yaşlı mütəxəssis 1 illik müqaviləyə imza atıb.

Karyerası ərzində "Neftçi", "Şəmkir", "Volın", "Tavriya", "Kəpəz" və "Karvan"da çıxış etmiş Yadullayev 1998-2004-cü illər ərzində 35 dəfə Azərbaycan millisinin formasını geyinib.