07/06/2014

"Yay Futbol Düşərgəsi" layihəsində 1-ci mərhələ başa çatdı


"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB, AFFA-nın dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsində 1-ci mərhələ başa çatıb. 3 gün müddətində davam edən ilk mərhələdə 33 şagird iştirak edib.
Tədbirin sonunda iştirakçılara diplom və hədiyyələr təqdim olunub. Yekun mərasimdə "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov, klubun texniki direktoru və layihənin rəhbəri Frank Bernhard, "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov və baş menecer Ceyhun Sultanov iştirak edib.