29/10/2011

Əvəzedicilər məğlub olub


Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XI tura yekun vurulub. “Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-a 1:3 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu oyunun 20-ci dəqiqəsində Murad Səttarlı vurub.

"Sumqayıt Şəhər" – AZAL 1:3
(Murad Səttarlı, 20 // Orxan Səfiyaroğlu, 10; Elmin Çobanov, 36; Şahin Zeynalov, 87)

Hakimlər: Tahir Əhmədov, Rauf Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Hakim-inspektor: Vaqif Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 13:00