04/06/2014

Aqil Nəbiyev "Sumqayıt"la 1 illik müqavilə imzaladı


"Sumqayıt" Futbol Klubu bu gün 3-cü transferini rəsmiləşdirib. Nodar Məmmədov, Ramazan Abbasovun ardından Aqil Nəbiyevdə müqaviləyə imza atıb. 31 yaşlı futbolçu komandamızla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aqil karyerası ərzində "Turan", AZAL, "Bakı" və "Rəvan"ın formasını geyinib. O, həmçinin Azərbaycan millisi ilə 5 oyuna çıxıb.