04/06/2014

Ramazan Abbasov "Sumqayıt" FK-da çıxış edəcək


"Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb. Belə ki, son mövsümü "Rəvan"da keçirmiş Ramazan Abbasov komandamızın uğurları üçün çalışacaq. 30 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Ramazan karyerası ərzində "Dinamo", MOİK, "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Gəncə" və "Rəvan"ın şərəfini qoruyub. O, həmçinin 7 dəfə Azərbaycan millisinin formasını geyinib.