03/06/2014

"Sumqayıt" FK-nun çimərlik komandası qalib olub


28 May – Respublika Günü münasibəti ilə AFFA və Çimərlik Futbol Federasiyası tərəfindən Sumqayıtda 1998-1999-cu il təvəllüdlü və 2000-ci il təvəllüdlü futbolçular arasında turnir keçirilib. "Sumqayıt" Futbol klubunun U-16 komandası yarışın qalibi olub. Bundan başqa, komandamızın üzvləri - Elmin Bayramov, Tural Fəttayev və Məhəmməd Əliyev müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Həmin yarışda "Sumqayıt" FK-nun fanklubu isə 3-cü yeri tutub.