02/06/2014

Ceyhun Sultanov "Sumqayıt" FK-na qayıtdı


Azərbaycan millisinin və "Sumqayıt" Futbol Klubunun sabiq futbolçusu Ceyhun Sultanov yenidən klubumuza qayıdıb. Ötən mövsüm futbolçu karyerasını başa vuran adıçəkilən mütəxəssis "Sumqayıt" FK-da Baş menecer vəzifəsində çalışacaq. Sultanov əsas, əvəzedici və akademiya üçün seleksiya işləri aparacaq, futbolçu transferləri ilə yaxından məşğul olacaq.

Qeyd edək ki, Ceyhun Sultanov 2012/2013 mövsümündə futbolçu kimi "Sumqayıt" FK-da çıxış edib (16 oyun,1 qol).