02/06/2014

Aqil Məmmədov daha 1 il "Sumqayıt" FK-nu çalışdıracaq


"Sumqayıt" Futbol Klubu baş məşqçisi Aqil Məmmədovla müqavilənin müddətini yeniləyib. 42 yaşlı mütəxəssis daha bir il klubumuzu çalışdıracaq.

Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt” FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/2014 mövsümündən isə "Sumqayıt" FK-nun baş məşqçisidir.