30/05/2014

IV Caspian Cup Beynəlxalq turniri start götürüb


IV Caspian Cup Beynəlxalq turniri start götürüb. Oyunlar paytaxt Bakıdan başqa Sumqayıt şəhərində də keçirilib. Sumqayıtda inşa olunan yeni stadionda iki qarşılaşma baş tutub. Yaponiya Tacikistanla heç-heçə edib. Günün ikinci görüşündə isə Türkiyə millisi Qazaxıstana qalib gəlib.
Nəticələri diqqətinizə çatdırırıq:

Yaponiya – Tacikistan 1:1
Türkiyə – Qazaxıstan 3:1
İran – Qırğızıstan 3:0
Azərbaycan U-17 – Bolqarıstan 1:0