24/05/2014

Ruslan Poladov "Sumqayıt" FK-da çıxış edəcək


2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu ilk transferini reallaşdırıb. Belə ki, komandamız ötən mövsümü "Simurq"da keçirmiş Ruslan Poladovu heyətinə qatıb. 34 yaşlı futbolçu "Sumqayıt" FK ilə birillik müqavilə imzalayıb.

Sumqayıt futbol məktəbinin yetirməsi olan Poladov Azərbaycan millisinin də şərəfini qoruyub.