16/05/2014

Sumqayıtda "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbi


AFFA və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunur. Sumqayıt şəhərində Şimal bölgəsi üzrə təşkil olunmuş seçim turunda "Sumqayıt" Futbol Klubunun akademiyasının 3 üzvü - Fərhad Salamzadə, Samir Məhərrəmli və Ruhid Mustafayev seçilib.