15/05/2014

3 futbolçumuz 35-ci turun ən yaxşı "11-liyi"ndə


Topaz Premyer Liqasında 35-ci turun rəmzi komandası bilinib. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir.

Qeyd edək ki, "Sumqayıt" FK-nun 3 futbolçusu Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur və Pərdis Fərcad-Azad siyahıda yer alıb:

Qapıçı – Kamran Ağayev (Qəbələ)
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Laşa Salukvadze (İnter), Karlos Kardoso (Neftçi), Məhəmməd Mirzəbəyov (Sumqayıt)
Yarımmüdafiəçilər – Flavinyo (Neftçi), Draqan Çeran (Simurq), Rəşad Sadiqov (Neftçi), Mirzağa Hüseynpur (Sumqayıt)
Hücumçular – Mikel Alvaro (İnter), Pərdis Fərcad-Azad (Sumqayıt)

Turun ən yaxşı oyunçusu isə “Qəbələ” klubunun qapıçısı Kamran Ağayevdir.