15/05/2014

Sumqayıtda "Mançester Yunayted"in Yay Futbol Məktəbi üçün qeydiyyat prosesi keçirilib


AFFA və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunur. Sumqayıt şəhərində uşaqların qeydiyyat prosesi keçirilib.

Qeyd edək ki, seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə "Bakı" FK-nın Təlim-Məşq Bazasında təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.